📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordumuz atəşə tutuldu

2022-02-23 09:00:00

Ordumuz atəşə tutuldu

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.