📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordumuz buna cavab vermək iqtidarındadır – Lavrov

2023-05-29 21:47:00

Ordumuz buna cavab vermək iqtidarındadır – Lavrov

Rusiya Silahlı Qüvvələri bu cür addımlara cavab vermək qabiliyyətinə malikdir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Danimarka və Niderlandın ukraynalı pilotlara F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək istəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb qırıcılarını idarə etmək üçün ukraynalı pilotları öyrətməyə hazır olanlar arasında Danimarka və Niderlandın ön planda olması bu ölkələrin ABŞ-ı razı salmaq istəyindən xəbər verir:

"Bu ölkələr Avropa məsələlərində Vaşinqtonun xəttini fəal şəkildə davam etdirirlər. Bizim reaksiyamıza gəlincə, silahlı qüvvələrimiz buna cavab vermək iqtidarındadır”. \\Axar.Az