📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ordumuz İran ərazisini qoruyur" - Müctəba Xamenei

2026-04-18 18:46:07

İran ordusu ölkənin ərazisini və bayrağını qoruyur.

"Report" xəbər verir ki, bunu İran mediası İranın ali lideri Müctəba Xameneinin Milli Ordu Günü münasibətilə verdiyi bəyanata istinadən bildirir.

"İslam ordusu əvvəlki iki müharibədə olduğu kimi, indi də ona aid olan torpağı, suyu və bayrağı cəsarətlə müdafiə edir və xalqın dəstəyinə arxalanır. İran Hərbi Dəniz Qüvvələri rəqiblərə yeni məğlubiyyət yaşatmağa hazırdır", - bəyanatda vurğulanıb.