📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordumuz Zod istiqamətinə əlavə canlı qüvvə yığır?

2023-09-01 13:08:04

Ordumuz Zod istiqamətinə əlavə canlı qüvvə yığır?

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikasının cəmləşdirilməsi ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Qarşı tərəf bu cür dezinformasiyalar yaymaqla öz təxribatlarına haqq qazandırmağa çalışır", - MN-in məlumatında deyilir.