ORDUMUZUN CAVAB ZƏRBƏSİ - Erməni hərbçi başından vuruldu
2021-07-24 12:22:00
Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanı üzə çıxıb. Düşmən tərəfi ötən gün Basarkeçər rayonu ərazisində 3 hərbi qulluqçusunun yaralandığını, lakin onların həyatı üçün heç bir təhlükə olmadığını bildirmişdi.
Amma “Azataqrum” hərəkatının sədri, jurnalist Mika Badalyan yaralı hərbçilərdən birinin durumunun kritik olduğunu açıqlayıb: “Bizdə olan məlumata görə, yaralı hərbçilərdən ikisi Akunk kəndindəndir. Onların yaraları yüngüldür. Amma Razdan şəhərindən olan hərbçimizin vəziyyəti kritikdir. O hazırda Vardenisdə (Basarkeçər) əməliyyat olunur”.
Erməni hərbçinin başından güllə yarası aldığı bildirilir. (modern.az).