📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ordunun 400 bölməsi döyüş hazırlığı vəziyyətinə gətirildi - SEPAH

2026-01-06 21:06:51

Ordunun 400 bölməsi döyüş hazırlığı vəziyyətinə gətirildi - SEPAH

İran silahlı qüvvələri ən yüksək döyüş hazırlığı vəziyyətindədir və ABŞ ilə İsrailin hər hansı bir hücumuna qətiyyətlə cavab verməyə hazırdır.

Bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani bəyan edib.

O bildirib ki, Sepah və quru qoşunlarının 400 bölməsi tam döyüş hazırlığı vəziyyətindədir. "Əgər hər hansı bir təcavüz baş versə, onlar İsrailə cavab verəcəklər",- Qurbani vurğulayıb. \\Bakupost.az