📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ordunun ehtiyaclarını ödəmək üçün yeni istehsalçılar meydana çıxmalıdır"— Putin

2022-10-25 23:24:00

"Yerli istehsalçılar arasında rəqabət artmalı və ordunun ehtiyaclarını ödəmək üçün yeni istehsalçılar meydana çıxmalıdır".
Bunu Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Silahlı Qüvvələrin ehtiyaclarına dəstək üzrə koordinasiya şurasının iclasında bildirib.
"Sıçrayışlı bir nəticə əldə etmək üçün eyni podratçılarla işləmək  kifayət deyil. Rəqabət gücləndirilməli, burada yeni istehsalçılar peyda olmalıdır. Onlar həmçinin  səmərəli və müasir, tələb olunan yeni formatda işləməyə hazır olmalıdırlar. Bu cür yeni istehsalçılar  məhsulların lazımi keyfiyyətini təmin etməlidirlər" — Putin bildirib. \\ Demokrat.az