"Ordusu etnik təmizləmə apararkən, oğlu Mayamidə istirahət edir " - XİN başçısı Netanyahunu tənqid etdi
2023-11-25 17:00:42
"İsrail ordusu Qəzza zolağında Fələstin xalqına qarşı etnik təmizləmə apararkən, oğlu Yair Netanyahu Mayamidə istirahət edir".
Hurriyyet.az xəbər verir ki, bunu Venezuellanın xarici işlər naziri İvan Gil sosial media hesabından etdiyi paylaşımda bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun Mayami tətilindən fotosunu paylaşan nazir bunları yazıb:
"Bütün dünyada oliqarxiya bu cür fəaliyyət göstərirlər. Liderlər müdafiəsiz insanlara qarşı müharibəyə çağırır və gəncləri ölümə göndərir. Netanyahu və nazirləri də bəşəriyyətə qarşı cinayət törədiblər. Əksəri uşaq olan 15 mindən çox fələstinlinin qətlində kimin məsuliyyət daşıdığını tarix heç vaxt unutmayacaq. Dünya bunlara qarşı tədbir görməlidir".