Orduya müharibəyə hazırlaşmaq əmri verildi
2023-12-28 11:39:42
Hurriyyet.az xəbər verir ki, Şimali Koreya dövlətinin lideri Kim Çen In "ABŞ-nin KXDR-ə qarşı misilsiz intriqaları" üzündən ölkəsinin müharibəyə hazırlıq səylərini fəallaşdırmalı olduğunu bəyan edib. Bu barədə məlumatı Koreyanın Mərkəzi Teleqraf Agentliyi verib.
Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin IX plenumunda çıxış edən dövlət başçısı 2024-cü il üçün "hərbi məsələləri" müəyyənləşdirib. Kim Çen ordunun və hərbi sənayenin qarşısında müharibəyə hazırlığı sürətləndirmək və təkmilləşdirmək vəzifəsi qoyub.
Hürr Tərcüman