Orta Asiyada “işıqlar söndü” – Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elekrtik fəlakəti baş verib
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Orta Asiyada misli görünməmiş enerji qəzası baş verib. Bu gün səhər saatlarında Özbəkistan, Qırğızıstan və Qazaxıstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinin səbəbinin Qazaxıstanın elektrik şəbəkəsindəki qəza ilə əlaqədar olduğu bildirilir. Bu məlumatı Özbəkistanın Enerji Nazirliyi verib. Yerli vaxtla saat 10.57-də (Bakı vaxtı ilə 9.57) Qazaxıstanda elektrik enerjisinin verilməsinin kəsilməsi nəticəsində Almatı, Şımkənd, Taraza şəhərləri, Türküstan vilayəti və ətraf rayonlar işıqsız qalıb.
Qırğızıstanın Bişkek, Oş və digər şəhərlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qəza Orta Asiyanın vahid enerji şəbəkəsinə qoşulmuş Özbəkistanın da enerji sisteminə mənfi təsir göstərib – Fərqanədə, Daşkənddə, Fərqanə vadisində, Sırdərya, Cizak, Səmərqənd, Nəvai və Kaşkadar vilayətlərində elekrtik enerjisi kəsilib. Özbəkistanın Energetika Nazirliyi hazırda elektrik stansiyalarının hər birinin ayrılıqda işə salındığını bildirib.
Qırğızıstanın da Energetika Nazirliyi elektrik təchizatının Orta Asiyanın vahid enerji həlqəsi boyunca kəsildiyi xəbərini təsdiqləyib, bütün respublika ərazisinin enerjisiz qaldığını bildirib, saatyarım ərzində enerji verilməsinin bərpa ediləcəyini vəd edib. Nazirliyin nümayəndəsi qəzanın dəqiq səbəbini açıqlamayıb.
Daşkənddə aeroport işləmir, qatarların hərəkətində geikmələr yarana bilər. Su təchizatı və rabitə sahəsində problemlər yaranıb.
TASS informasiya agentliyinin məlumatına görə, Bişkek aeroportu müstəqil enerji təchizatı sayəsində işinə davam edir. Qırğızıstanda da enerji kəsilməsi səbəbindən su təchizatında problemlər yaranıb.
Hər üç respublikanın əlaqədar təşkilatları enerjinin verilməsinin mərhələlli şəkildə bərpa ediləcəyini bildiriblər.
Hürr Tərcüman