📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orta aylıq pensiyanın məbləği 49 manat ARTDI

2024-02-05 19:45:17

Orta aylıq pensiyanın məbləği 49 manat ARTDI

Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.

O bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.

Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub. \\Konkret.Az