Ortodoks yəhudilər Tel-Əvivin yaxınlığındakı bazaya daxil olmaq istəyiblər
Hurriyyet.az xəbər verir ki, orduya çağırışın əleyhinə çıxış edən ortodoks yəhudilərin qrupu Tel-Əvivin yaxınlığındakı Tel-ha-Şomer hərbi bazasına daxil olmağa çalışıblar. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
SAXAL etiraz nümayişində onlarla şəxsin iştirak etdiyini xəbər verib. Asayiş keşikçiləri etirazçıları baza ərazisindən uzaqlaşdırıblar.
Açıqlamada deyilir: "İsrailin Müdafiə Ordusunun bazasına müdaxilə ciddi cinayətdir və qanuna ziddir. İsrail Ordusu bu cür aqressiv davranışı pisləyir".
Ortodoks yəhudilər səhər saatlarından etibarən bazanın yaxınlığında etiraz nümayişi keçirməyə başlayıblar. Onlar dini məktəblərin tələbələrinin orduya çağırılmasına qarşı çıxış edirlər. Polis mintinq iştirakçılarının yeddi nəfərini saxlayıb.
Hürr Tərcüman