📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Orxan Lökbatanlının vəziyyəti necədir? - Həkimindən açıqlama

2026-02-20 12:57:13

Orxan Lökbatanlının vəziyyəti necədir? - Həkimindən açıqlama

Meyxanaçı Orxan Lökbatanlının səhhətində irəliləyiş var.

Hurriyyet.org qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə meyxanaçının həkimi Fəxriyyə Namazova məlumat verib. O bildirib ki, meyxanaçı tezliklə və yeni səslə sevənlərinin qarşısında olacaq.

Həkim sosial şəbəkədə Orxan Lökbatanlının ölüm xəbərinin yayılmasından da danışıb:

"Səhər-səhər telefonu açanda mesaj bölməsində "həkim salam, Orxan Lökbatanlı öldü” fikirlərini oxudum. Həmin an Orxanın ailəsinin nələr kecirdiyini hiss etdim. Yalan məlumatı yayanların vicdan deyilən müqəddəs bir hissdən xəbəri varmı görəsən? Şükür ki, Orxan yaxşıdır və müalicəmiz davam edir”.

Qeyd edək ki, meyxanaçı Orxan Lökbatanlının səhhətində problem yaranıb. Həkimlər onun boğazında şiş olduğunu bildirib. Hazırda xəstəxanada müalicə olunan meyxanaçının iki gün öncə ölüm xəbəri yayılıb.