📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Osetinlər Ukraynada döyüşməkdən imtina etdilər

2022-03-31 23:51:00

Osetinlər Ukraynada döyüşməkdən imtina etdilər

Cənubi osetiyalılar Rusiya ordusu sıralarında Ukraynada döyüşməkdən imtina ediblər.

Bu barədə osetin bloger Alik Puxayev “Telegram” kanalında bildirib.

“Rusiya hərbi bazasından olan 300-ə yaxın hərbçi (əsasən etnik osetinlər) Ukraynada keçirilən “xüsusi əməliyyatlar” zamanı ölümün öhdəsinə buraxıldıqlarını düşünərək, vuruşmaqdan döyüşdən imtina edib və öz istəkləri ilə Cənubi Osetiyaya qayıdıblar”.

Qondarma “Cənubi Osetiya Respublikası”nın keçmiş rəhbəri Eduard Kokoytı da bu məlumatı təsdiqləyib. \\Yenisabah.az