Ötən ay 41 nəfər Azərbaycana readmissiya edilib
2026-03-12 15:37:41
Ötən ay 41 nəfər Azərbaycana readmissiya edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.