📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ötən ay qardaşı, indi isə atası vəfat etdi - Foto

2026-08-08 12:22:44

Ötən ay qardaşı, indi isə atası vəfat etdi - Foto

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) ailəsinə daha bir itki üz verib.

Hurriyyet.Media  xəbər verir ki, aktrisanın atası Məcid Əliyev 88 yaşında vəfat edib.

O, həmçinin Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zülfiyyə Əliyeva və Gəncə Dövlət Kukla Teatrının butaforçu rəssamı Təranə Əliyevanın atasıdır.

Xatırladaq ki, ötən ayın əvvəlində aktrisanın qardaşı Elxan Bayramov da Moskvada vəfat etmişdi.