📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ötən gün Ermənistanın təxribatı zamanı şəhid olan hərbçi FUTBOLÇU OLUB

2021-11-17 21:42:00

Ötən gün Ermənistanın təxribatı zamanı şəhid olan hərbçi FUTBOLÇU OLUB

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

O, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb. \\AFFA