Ötən gün həyatını itirən tələbənin FOTOSU
2024-09-10 11:13:29
Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Fuad İsmayılov yaşadıqları binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hurriyyet.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, 9-cu mikrorayonda baş verən hadisə zamanı Fuad İsmayılov evdə tələbə yoldaşları ilə birgə olub.
Gənc ehtiyatsızlıqdan binanın həyətində dayanan avtomobilin üzərinə düşüb. Onun hadisə yerində dünyasını dəyişdiyi məlum olub.
O, Azərbaycan İdman Akademiyasının Kütləvi tətbiqi sağlamlaşdırıcı İdman ixtisasının 123-A3 qrup tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
