📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub” – Nazir

2024-03-13 15:12:33

“Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub” – Nazir

"Dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycana da təsirsiz ötüşmür. Ötən il 160 min hektara yaxın sahə quraqlıqdan məhv olub. Suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq".

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Bakı Su Həftəsi Beynəlxalq Konfransının açılış  mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov səsləndirib.

O bildirib ki, 5 maddədən ibarət baza prinsipi üzərində iş gedir: 

"İlk olaraq mümkün olan hər yerdə su toplamalı, ehtiyat yaradılmalıdır. Su qapalı formada saxlanılmalıdır. Hər bir fermerə lazım olan suyun miqdarı bilinməlidir. Bütün bu işlərin planı hazırlanmalıdır.

Kənd Təsərrüfatında torpaqda münbitliyin qorunması üçün torpaqyönümlü maarifləndirmə işlərinin aparılmasını planlayırıq. Bu isə birbaşa daha sağlam məhsul istehsalına səbəb olacaq".

bizim.media