Ötən il Bakıda orta aylıq əməkhaqqı 9%-ə yaxın artıb
2026-03-10 10:16:04
2025-ci ilin yanvar-dekabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat olub.
"APA-Economics" bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artıb.