Sümüklü mal ətində də artım davam edib. İlin əvvəlində 14,46 manata satılan məhsul ilin sonunda 15,94 manata təklif olunub ki, bu da 1,48 manat fərq deməkdir. Qoyun ətində qiymət 1,02 manat, mal ciyərində 0,78 manat artıb. Emal olunmuş ət məhsullarında da bahalaşma var - suda bişmiş kolbasa 0,81 manat, hisə verilmiş kolbasa isə 0,74 manat bahalaşıb.
Toyuq əti bazarında isə vəziyyət nisbətən sabit qalıb. Toyuq ətində artım cəmi 5 qəpik, toyuq filesində isə 3 qəpik olub. Digər toyuq məhsullarında qiymət dəyişikliyi qeydə alınmayıb.