Otuz ilin şəhidlərinin nəşi ilə sövdələşmə təklifi – erməni xisləti
Melkonyan: “1994-cü ildə həlak olmuş yüzlərlə Azərbaycan hərbçisinin torpağa tapşırıldığı yeri bilirəm”
Hurriyyet.az “Yerevan today” saytına istinadən xəbər verir ki, Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Qaqik Melkonyan əcaib sövdələşmə təklifi ilə çıxış edib. O, jurnalistlərə müsahibəsində Birinci Qarabağ müharibəsi zamanı – 1994-cü ildə həlak olmuş yüzlərlə Azərbaycan hərbçisinin torpağa tapşırıldığı yeri bildiyini deyib. Melkonyan hazırda Azərbaycanda qalmış erməni terrorçularını I Qarabağ müharibəsinin şəhidlərinin nəşlərinin qalırları ilə dəyişdirməyi təklif edib.
Melkonyan nədənsə II Qarabağ müharibəsində ölmüş ermənilərin cəsədlərinin Azərbaycan tərəfindən qeyd-şərtsiz verilməsindən, həmçinin, qarşı tərəfin hərbçilərinin həmin cəsədləri toplamaq üçün azad edilmiş ərazilərə buraxılmasından söz açmayıb. “Ölmüş adamdan şeytan da keçər” deyiblər. Görünür, şeytanın ermənilərdən öyrənəcəyi çox şey var.
Hürr Tərcüman