📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Övladımın atası evlidir” – Müğənnidən şok etiraf!

2025-04-15 22:30:08

“Övladımın atası evlidir” – Müğənnidən şok etiraf!

Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Hurriyyet.az xəbər verir ki, o, “Rəngarəng” verilişində qonaq olarkən övladının atasının evli olduğunu etiraf edib:

“Mənim övladımın atası evlidir, bunu danmıram. Həyatda insan heç nəyi qınamamalıdır. Mən efirdə çıxıb ‘ərim, ərim’ demirəm, nə də kiməsə acıq vermirəm,” – deyə sənətçi bildirib.

Namazova qeyd edib ki, heç kəs onun nələr yaşadığını və hamiləlik dövründə hansı çətinliklərdən keçdiyini bilməz:

“Kənardan baxıb qınamaq çox asandır. Amma heç kim mənim hansı streslər yaşadığımı bilə bilməz.”

Səmimi açıqlamaları ilə diqqət çəkən müğənni münasibətlər və şəxsi həyatına dair danışarkən emosional anlar da yaşayıb.