Ovsyannikova yoxa çıxdı: vəkillər axtarır
Rusiyanın “Birinci kanal”ının redaktoru Marina Ovsyannikovadan vəkilləri hələ xəbər tuta bilmir.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Meduza” məlumat yayıb.
Vəkil Daniil Berman “Meduza”ya açıqlamasında martın 15-i səhər saatlarından Ovsyannikovanı nə “Ostankino”nun növbəti hissəsində, nə də şəhərin polis bölmələrində tapa bildiklərini deyib.
Martın 14-ü gecə saatlarında Ovsyannikovanın “Ostankino” telemərkəzinin növbətçi hissəsində saxlanıldığı bildirilib. “Hüquq müdafiəçiləri” təşkilatının vəkili Anri Çiskarişvili növbətçi hissəyə daxil olsa da, redaktoru tapa bilməyib.
Vəkil Pavel Çikov da Marina Ovsyannikovanın 12 saatdan artıqdır tapılmadığını bildirib.
Qeyd edək ki, dünən Rusiyanın “Birinci kanal”ında yayımlanan "Zaman" xəbərlər proqramı zamanı telekanalın redaktoru Marina Ovsyannikova əlində müharibə əleyhinə şüarlar əks olunmuş plakatla efirə müdaxilə edib.