📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Oynadığımız oyun deyildisə, bəs nə idi?!" - Ayxan Abbasov

2021-10-01 22:52:00

"Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov Premyer Liqamızın 6-cı turunda "Zirə"yə 0:1 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransına qatılıb.

Təcrübəli mütəxəssis görüşlə bağlı bunları deyib:

"Məğlub olmaq çox üzücüdür. Çünki çempionatın bu yerində bizə xal lazım idi. Komanddalar xallarını artırırlar. Ruhdan düşməməliyik. Çünki qarşıda 3 dövrə var. Oyuna istədiyimiz kimi başlaya bildik. Təəəssüf ki, cüzi diqqətsizlikdən qol buraxdıq. Epizodlar oldu, oyun mərkəzdə gedirdi. Komandalar bir-birini yaxşı təhlil etmişdi. Problemlərimiz var idi. Bəzi futbolçularımızın tam formada olamaması və itkilərimiz... Amma dərs çıxarmalıyıq. Danışılası çox ey yoxdur. "Zirə"ni təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".

- Oynadığınız futboldur? Səidi özünüz bəyənib gətirmisiniz?

- Onu məndən başqa kim bəyənə bilər ki? Başqa seçimimiz olmadığı üçün Səidi oynadırıq. Hələ tam formasında deyil, epizoda girir, qaçır. Peyman Babayi də ilk gələndə bir az eniş yaşadı, amma sonradan qollar vurdu. Səiddə nəsə görüb çağırmışıq. Ola bilməz ki, effekt verməsin. Hər transfer uğurlu alınacaq deyə bir şey yoxdur. Futboldur, Səidə ümidimiz böyükdür

 - Sizcə, milliyə gedənlər özlərini qorumurdu?

- Qorumaq deyə bilmərəm. Bəlkə də içəridən gələ bilər. Vüqar Mustafayev mübarizə aparırdı. Rəhim də mübarizə aparırdı. 3 oyunu sırf digər komandalara baxanda az dincəlidik. Sözümü başqa cür yozmuşdular. İngilətərə çempionatı ilə müqayisə edirdilər. Biz İngiltərə səviyyəsində deyilik. Mən yorğunluğu bu gün gördüm. Dəyişiklik edə bilmirik. İtkilərimiz var idi. Hücumda sonluq yox idi.

- Əvvəlki "Sumqayıt"I görmürükü. Effekt aşağı düşüb. Nədən irəli gəlir?

- Çempionat boyu hər dəfə eyni səviyyədə oynamaq olmur. Bunu qəbul etmək lazımdır. Eyni səviyyədə oynayanlar ulduzlardır. İlk fikirmdə dedim ki, bu gün digər oyunlara baxanda hücum planında yaxşı deyildik.

- Səid Azərbaycan çempionatına istirahət etmədən gəlib. Bu, özünü göstəməsinə mane olacaq?

- İran çempionatı başa çatandan sonra Səid komadansız qalmışdı .Bu gün hardasa fikirləşirdik ki, Əli zədələnməsəydi, Səidi 20-25 dəqiqəyə komaya salacadıq. Bu gün seçimimiz yoxdur. Səid tam formada deyil. Amma Səidin topla davranışı yaxşıdır. O da formaya düşəcək. Peyman Babayi birinci gələndə 3-4 turda jurnalistlər onun haqda suallar verirdi. Amma Peyman 6 qol vuranda başqa komandalar istəyirdi. Səidi nəyisə görüb çağırımışıq. Ola bilər ki, effekt olmasın. Hər komandada 6-7 futbolçu yaxşı çıxır, hamısı yox. Ona ümidimiz çoxdur. \\Offsideplus.az