📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Oyunun ən yaxşı futbolçusuna 120 ədəd yumurta verdilər

2025-03-31 21:43:50

Oyunun ən yaxşı futbolçusuna 120 ədəd yumurta verdilər

Norveç Elitseriyasının 1-ci turunda "Bryune" öz meydanında "Budyo Qlimt"ə 0:1 hesabı ilə uduzub.

Məğlub komandanın qapıçısı Yan de Bur matçın ən yaxşı oyunçusu seçilib.

55-ci dəqiqədə penaltini dəf edən və 3 effektli seyvlə yadda qalan niderlandlı qolkiperə 120 ədəd toyuq yumurtası hədiyyə edilib. \\Fanat.Az