📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistan Azərbaycan vətəndaşlarına daxili pasportla girişə icazə verməyi planlaşdırır

2025-05-21 09:36:28

Özbəkistan Azərbaycan vətəndaşlarına daxili pasportla girişə icazə verməyi planlaşdırır

Özbəkistan Azərbaycan vətəndaşlarına respublika ərazisinə daxili pasport və ya şəxsiyyət vəsiqəsi (ID-kart) ilə daxil olmağa icazə verməyi planlaşdırır.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyevin imzaladığı fərmanda qeyd olunur.

Sənədə əsasən, Rusiya və Qazaxıstan vətəndaşlarına da eyni imtiyaz veriləcək.

Özbəkistanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı müvafiq danışıqlara üç ay ərzində başlamaq tapşırığı alıb.

Oxu.az