📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistan dərsliklərində tədris olunanlar Rusiyanın "xətrinə dəydi"

2024-08-09 15:21:05

Özbəkistan dərsliklərində tədris olunanlar Rusiyanın

Özbəkistanın dərsliklərində sovet dönəmi müstəmləkə zülmü dövrü Rusiya və SSRİ isə regionun əsas düşmənləri kimi göstərilir.

Sovet dövründə cinayətkar kimi aşılanan basmaçılar indi qəhrəman, cədidlər isə ideyalarının guya SSRİ tərəfindən sıxışdırıldığı təqdir olunmayan liderlər kimi təqdim edilir.

 

Özbəkistanın gənc vətəndaşlarının öz ölkələrinin tarixini öyrəndikləri dərsliklər Rusiya ilə ortaq keçmişi bir növ xtonik dəhşət - məhrumiyyətlər, təhqirlər dövrü və müstəmləkə həyatının digər atributları kimi təqdim edib. Gənc nəsil üçün maarifləndirici ədəbiyyat müəllifləri əvvəlcə Çar Rusiyasının, sonra isə Sovet İttifaqının bölgədəki hərəkətlərini müstəmləkəçilikdən başqa bir şey adlandırmırlar ki, bu da Rusiyanı çox narahat edir. 

Dərsliklərdə göstrilir ki, “Sovet sistemi Özbəkistanın iqtisadiyyatını Mərkəzə tabe etdi, onu xammal əlavəsinə çevirdi” və bu, “Türküstan əhalisinin həyatına mənfi təsir göstərməyə bilməzdi”. Yerli əhalinin “mənəvi-mədəni həyatı” “kommunist ideologiyasının məngənəsində idi: ənənəvi milli dəyərlər pozuldu, özbək dili ikinci dərəcəli dilə çevrildi” və s.

Düzünü desək, burada Rusiyanın xətrinə nəyin dəydiyi anlaşılmazdır. 

Ülviyyə, Hurriyyet.az