Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanda - Fotolar
2026-11-25 14:26:42
Ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Hurriyyet.net AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub.




