Özbəkistan-Qırğızıstan-Çin dəmir yolunun tikintisi müzakirə edildi
2026-02-12 17:30:43
Qırğızıstan Prezidenti Sadır Japarov Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Zou Jiayini qəbul edib.
Telegraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər bankın “Kambar-Ata” Su Elektrik Stansiyası və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi də daxil olmaqla, iri infrastruktur layihələrinin həyata keçirilməsində iştirakını müzakirə ediblər.
Asiya bankı “Kambar-Ata” Su Elektrik Stansiyasının maliyyələşdirilməsində iştirak imkanlarını araşdırmağa, eləcə də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə bağlı Qırğızıstanın təkliflərini nəzərdən keçirməyə hazırdır.