📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistan XİN rəhbəri: Əfqanıstan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir

2024-09-26 11:48:10

Özbəkistan XİN rəhbəri: Əfqanıstan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir

Əfqanıstan Mərkəzi Asiyanın ayrılmaz hissəsidir. Bu sözləri Özbəkistan XİN rəhbəri işlədib.

“Təəssüf ki, beynəlxalq ictimaiyyət Əfqanıstandakı çətin vəziyyəti düzəldə  biləcək tədbirlər görə bilməyib. Özbəkistan qonşusuna qarşı praqmatik siyasət aparır. Biz Əfqanıstanın iqtisadiyyatının bərpasına, onun nəqliyyat və enerji infrastrukturunun inkişafına töhfəmizi verməyə davam edəcəyik”, deyə Özbəkistanın xarici işlər naziri Saidov BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında çıxışı zamanı bildirib.

Ülviyyə, Hurriyyet.az