📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib

2024-08-02 21:46:21

Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib

İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan və onun razılığı ilə sərnişin uçuş təyinat məntəqəsinə doğru yoluna davam edib.

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.