📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı

2025-03-31 23:53:00

Özbəkistanda məsciddə partlayış:  3 ölü, 10 yaralı

Özbəkistanın şərqindəki Əndican vilayətində məsciddə qaz-hava partlaması nəticəsində, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Partlayış nəticəsində 3 vətəndaş həlak olub, 10 vətəndaş yaralanaraq tibb müəssisələrinə aparılıb", - nazirliyin Teleqram kanalında yayılan məlumatda qeyd olunub.