📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özbəkistanın ixrac etdiyi araxisin 20%-ni Azərbaycan satın alıb

2024-08-13 20:06:00

Özbəkistanın ixrac etdiyi araxisin 20%-ni Azərbaycan satın alıb

Hurriyyet.az xəbər verir ki, Özbəkistan xaricə yerfındığı satışını xeyli artırıb. İlin birinci yarısı ərzində ixracın həcmi 1,5 dəfə çoxalıb.
Özbəkistanın Statistika Agentliyinin hesabatına görə, 2024-cü ilin yanvar-iyun ayları ərzində alıcılar sırasında Azərbaycan birinci yerdə olub.
Həmin müddət ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 51% çox araxis ixrac edilib. Bu, ümumilikdə 4,4 min ton məhsul deməkdir. Bu qədər məhsul üçün 6 milyon dollar vəsait ödənilib. Həmin məhsulun 0,9 min tonunu Azərbaycan alıb. İlk üçlüyə daxil olan Rusiya ilə Qazaxıstan ölkələrinin hərəsinə 0,6 min ton yerfındığı satılıb. Qırğızıstan, Pakistan və Çin də alıcılar sırasındadırlar. 
Hürr Tərcüman