📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özəl klinikalara icbari sığorta ilə göndəriş DAYANDIRILDI

2023-12-27 16:11:58

Özəl klinikalara icbari sığorta ilə göndəriş DAYANDIRILDI

Özəl klinikalara icbari tibbi sığorta ilə göndəriş dayandırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata əsasən, dekabrın 12-dən özəl klinikalara göndərişlərin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlasaq da, hələlik münasibət bildirilməyib.Qeyd edək ki, bir ildən çoxdur ki, Azərbaycanda icbari tibbi sığorta ilə dövlət xəstəxanaları ilə yanaşı özəl klinikalara da göndəriş verilirdi.

lent.az