📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özəl müəssisələrdə çalışanların maaşı dövlət müəssisələrində çalışanlardan çoxdur

2024-07-15 23:21:55

Özəl müəssisələrdə çalışanların maaşı dövlət müəssisələrində çalışanlardan çoxdur

2024-cü ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1003,3 manat təşkil edib.

Hurriyyet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945,0 manat, özəl müəssisələrdə isə 1066,1 manat olub.

Əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri neft-qaz sektorunda 948,7 manat təşkil edib.