📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özgür Özəl İlham Əliyevə zəng etdi

2026-11-09 17:43:53

Özgür Özəl İlham Əliyevə zəng etdi

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “X” hesabında məlumat paylaşılıb.

Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.

“Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunub”, - məlumatda vurğulanıb.