📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ozobiç “Qarabağ”dan gedir - Klubdan rəsmi açıqlama

2023-05-29 20:34:00

Ozobiç “Qarabağ”dan gedir - Klubdan rəsmi açıqlama

Filip Ozobiçin "Qarabağ"dan gedəcəyi dəqiqləşib.

Bunu Fanat.Az-a açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib:

“Ozobiçin “Qarabağ”la müqaviləsinin müddəti başa çatır. Filipə “Qarabağ”dakı xidmətlərinə görə təşəkkür edirik, ona gələcək karyerasında uğurlar arzulayırıq. Ümid edirik ki, gələcək karyerası da ən azı “Qarabağ”dakı qədər uğurlu alınar”.

Qeyd edək ki, təcrübəli futbolçunun "Neftçi"yə keçidi gözlənilir.