📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özünü “12-ci imam” kimi təqdim edən şəxslə bağlı YENİ XƏBƏR

2023-10-04 16:21:32

Özünü “12-ci imam” kimi təqdim edən şəxslə bağlı YENİ XƏBƏR

Özünü “12-ci imam” kimi təqdim edərək 2.5 milyon manatlıq dələduzlıuq edən Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hurriyyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəıməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Babayevin külli miqdarda dələduzluqda təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.