Özünü ağacdan asan 27 yaşlı kişinin kimliyi məlum oldu.
2024-06-09 11:38:11
Hurriyyet.az apa- ya istinad bildirir ki,Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.
Meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.
Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.