📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj etdi

2024-07-06 17:44:15

Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj etdi

Şirvanda vətəndaşlara barələrində rüsvayedici məlumatlar yayacağı ilə bağlı hədə-qorxu edən şəxs saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

 Araşdırma zamanı məlum olub ki, özünü qazi kimi tanıdan Taleh Qədirov şəhər sakinlərindən birindən 1000 manat alıb, digərindən eyni məbləğdə tələb edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.

T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

qafqazinfo.az