Özünü Ukraynanın baş naziri kimi təqdim edib britaniyalı nazirə zəng etdi
2022-03-17 21:23:00
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın baş naziri olduğunu iddia edən bir şəxsin ona zəng etdiyini bildirib.
Bu barədə o, özünün "Twitter" hesabında yazıb.
"Ukraynanın baş naziri olduğunu iddia edən bir fırıldaqçı bu gün mənimlə danışmağa cəhd etdi. O, bir neçə çaşdırıcı sual verdi və şübhələndikdən sonra zəngi dayandırdım", - deyə o qeyd edib.
Nazir informasiya hücumunun Rusiya tərəfindən həyata keçirildiyini bildirib.
Uolles bu addımı “ümidsiz cəhd” kimi qiymətləndirib.
Xatırladaq ki, Britaniyanın müdafiə naziri rəsmi danışıqlar aparmaq üçün Polşanın paytaxtı Varşavaya səfər edib.
Akif İsmayılov
Mənbə: Modern.az