📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özünü yandıran qazi dünyasını dəyişdi - FOTO

2022-09-15 10:40:00

Özünü yandıran qazi dünyasını dəyişdi - FOTO

Özünü yandıraraq intihara cəhd edən qazi dünyasını dəyişib.

Hurriyyet.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə digər bir qazi Hacı Vəliyev özünün sosial şəbəkədəki hesabında paylaşım edib.

“Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Rüstəmov Elnur bu dəqiqələrdə dünyasını dəyişdi.

Bu hadisəyə görə kimsə məsuliyyətə cəlb olunacaq? Xeyr, gözləntimiz yoxdur!”, - deyə o paylaşımında bildirib.

Qeyd edək ki, sentyabrın 12-də sosial şəbəkələrdə Vətən müharibəsi qazisi E. Rüstəmovun Xəzər rayon Buzovna kəndinin bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırması ilə bağlı məlumat yayılmışdı. Onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.