📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PA Qarabağ ermənilərinə növbəti dəfə müracət etdi

2023-03-27 10:46:00

PA Qarabağ ermənilərinə növbəti dəfə müracət etdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. 

Hurriyyet.az xəbər evrir ki, bununla bağlı Prezident Administrasiyası məlumat yayıb.