📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan BRİKS-ə qoşulacaqmı?

2023-11-24 09:30:57

Pakistan BRİKS-ə qoşulacaqmı?

Hurriyyet.az xəbər verir ki, Pakistan XİN-in açıqlamasında ölkənin quruma üzv olmaq niyyətində olduğu bildirilir. Bəyanatda deyilir: “Biz hesab edirik ki, BRİKS təşkilatına qoşulmaqla Pakistan beynəlxalq əməkdaşlığın inkişafında və inklyuziv çoxtərəfliliyin dirçəlişində mühüm rol oynaya bilər”.

Bir müddət əvvəl isə Pakistanın Rusiyadakı səfiri Məhəmməd Xalid Camali ölkəsinin 2024-cü ildə BRİKS təşkilatına daxil olmaq üçün müraciət elədiyini xəbər vermiş, Rusiyanın bu məsələdə dəstək olacağına inandığını bildirmişdi.

Hürr Tərcüman