Pakistan diplomatı İran XİN-ə çağırıldı
2024-01-18 11:49:23
Hurriyyet.az xəbər verir ki, Pakistanın Hava Qüvvələrinin Sistan və Belucistan vilayətindəki məntəqəyə bugünkü cavab zərbələrindən sonra Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumatı İranın "Gənc jurnalistlər klubu" informasiya agentliyi verib. Agentliyin məlumatında diplomatdan aviazərbələrlə bağlı izahat tələb edildiyi bildirilsə də, nazirlik bu barədə rəsmi açıqlama verməyib.
Hürr Tərcüman