Pakistan Əfqanıstan vasitəsilə Türkmənistandan qaz idxal edəcək
2022-12-13 13:11:00
Pakistan Əfqanıstan vasitəsilə Türkmənistandan qaz idxal edəcək. Belə ki, qışın gəlişi ilə əlaqədar qaz çatışmazlığı ilə üzləşən Pakistan hökuməti Əfqanıstan üzərindən Türkmənistandan quru yolu ilə mayeləşdirilmiş qazı (LPG) idxal etmək planı hazırlayıb.
Əfqan daşıyıcıları yüklərini LPG ilə doldurulmaq üçün Pakistandan gələn boş sisternləri Çaman sərhədindən Türkmənistan sərhədinə-Torquniyə daşımağı planlaşdırır. Daha sonra onlar Çamana qayıdacaq və yük maşınlarını Pakistandakı daşıyıcılara təhvil verəcəklər.
Ülviyyə, Hurriyyet.az