📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan hərbçiləri həlak oldular

2022-04-23 14:25:00

Pakistan hərbçiləri həlak oldular

Hurriyyet.az “TRT Haber” kanalına istinadla xəbər verir ki, Pakistanın Şimali Vəziristan bölgəsində 3 Pakistan əsgəri həlak olub.

Pakistan ordusunun açıqlamasında Devagar məntəqəsində sərhədə Əfqanıstan tərəfindən təhlükəsizlik qüvvələrinə atəş açıldığı, 3 əsgərin həlak olduğu bildirilib. Açıqlamada terrorçuların Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə eləməsi kəskin şəkildə pislənilib, əfqan hökumətinin gələcəkdə bu cür fəaliyyətlərə yol verməməli olduğu bildirilib.

İki ölkə arasında sərhəddə baş verən hadisələr səbəbindən son həftələrdə gərginlik artıb.

Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı İşam bölgəsində 14 aprel tarixində terrorçuların hərbi karvanı pusquya salması nəticəsində 7 nəfər Pakistan hərbçisi həlak olmuşdu.

Taliban müvəqqəti hökumətinin Host Polis İdarəsinin təmsilçisi Mustaqfer Gürbüz 16 apreldə Pakistan Hava Qüvvələrinin Hostun Spire rayonundakı 4 kəndə havadan hücum elədiyini söyləmişdi.

Kunar valiliyininətbuat kativi Kari Nəcibullah Hanif də Pakistan sərhədçilərinin Kunarın Şaltan rayonundakı Gerney kəndinə havadan hücum elədiyini, bu hücumlarda ən azı 15 dinc vətəndaşın həlak olduğunu bildirmişdi.

Taliban hökumətinin Xarici İşlər Nazirliyi Pakistanın Kabuldakı səfirini nazirliyə çağıraraq hücumlarla bağlı izahat tələb eləmişdi.

Pakistan XİN isə 17 aprel tarixli açıqlamasında sərhəddəki hadisələrin artması və Pakistan qüvvələrin sərhədin digər tərəfindən hədəfə alınması səbəbindən Əfqanıstandan sərhəd təhlükəsizliyini təmin eləməsini tələb eləmişdi.

Hürr Tərcüman