📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pakistan-Hindistan gərginliyi – İsrail “tərəfini” seçdi

2025-05-07 21:41:33

Pakistan-Hindistan gərginliyi – İsrail “tərəfini” seçdi

İsrail Hindistanın özünümüdafiə hüququnu dəstəkləyir.

Bu barədə İsrailin Hindistandakı səfiri Reuven Azar sosial şəbəkədə Hindistan və Pakistan arasında son eskalasiyanı şərh edərkən yazıb.

“Terrorçular bilməlidirlər ki, onların günahsızlara qarşı törətdikləri dəhşətli cinayətlərdən gizlənəcək yerləri yoxdur”, - İsrail səfiri əlavə edib.

Xatırladaq ki, mayın 7-nə keçən gecə Hindistan Pakistan və Cammu və Kəşmirdə 9 hədəfi vurmaqla “Sindur” əməliyyatına başlayıb.

Pakistan Hindistanın 5 qırıcısını məhv etməklə, hava məkanına sahib olduğunu sübut edib. \\Axar.Az