Pakistan Hindistan və Əfqanıstanı ittiham edir - İnformasiya kampaniyasında
Pakistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Moid Yusuf bəyan edib ki, Pakistana qarşı böhtan kampaniyası sosial şəbəkələrin Hindistan və Əfqanıstan akkauntlarından aparılır.
Bu barədə avqustun 11-də «Dawn.com» nəşri xəbər verib.
İnformasiya naziri Favad Çaudri ilə birlikdə mətbuat konfransında çıxış edən Moid Yusuf deyib: «Hazırda Əfqanıstanda qeyri-stabil vəziyyətdir, amma icazə verin deyim ki, əfqan və Hindistan hesabları Pakistana böhtan atmaqda istifadə olunur… «Taliban»ın hücumları gücləndikcə, onun günahını Pakistanın üzərinə qoymaq kampaniyası aparılır… Biz, feyk xəbərlərlə saxta yenilikləri ifşa edəcəyik».
Yusuf həm də qeyd edib ki, informasiya hücumunda Kabil hökumətinin nümayəndələri, o cümlədən onun həmkarı iştirak edirlər.
Müşavirin sözlərinə görə, informasiya müharibəsində aşağıdakı mövzular hərəkətə gətirilib:
1. Pakistan hökumətinin və ordusunun gözdən salınması.
2. Submillətçiliyin alovlandırılması.
3. Çin-Pakistan iqtisadi dəhlizi ilə mübarizə.
4. Pakistanı pulların yuyulması illə maliyyə tədbirlərinin işlənməsi Qrupunun siyahısında saxlamaq.
5. Pakistanı Əfqanıstanda xaosun yaradılmasında günahlandırmaq.
AzPolitika.info